Angular, TypeScript/JavaScript və digər dillərdən istifadə edərək mobil və masaüstü
veb tətbiqlər qurmaq üçün inkişaf platformasıdır.
Angular-ın rəsmi sənədlərinin icma tərəfindən dəstəklənən Azərbaycan dili tərcüməsi.
Töhfə Qaydaları
·
İssue Yarat
·
Bloq
Angular-ın rəsmi sənədlərinin Azərbaycan dilinə tərcüməsi icma tərəfindən idarə olunan açıq mənbəli (open-source) bir təşəbbüsdür. Siz də bu prosesin bir hissəsi ola bilərsiniz!
Bir tərcümə xətası tapmısınız, hər hansı bir cümləni daha anlaşıqlı etmək istəyirsiniz, yoxsa tamamilə yeni bir səhifəni dilimizə qazandırmaq fikrindəsiniz? Sizin hər bir töhfəniz yerli proqramlaşdırma icması üçün çox dəyərlidir.
Tərcümə prosesinə necə qoşula biləcəyinizi öyrənmək, iş prosesi və tərcümə qaydaları ilə tanış olmaq üçün zəhmət olmasa geniş CONTRIBUTING-AZ.md bələdçimizə nəzər yetirin.
Angular ilə başlamaq üçün əsasları öyrənin və sənədləşmə saytımızda daha irəli səviyyəli mövzuları kəşf edin.
- Angular Elements
- Server Tərəfli Render (Server Side Rendering)
- Schematics
- Sonradan Yükləmə (Lazy Loading)
- Animasiyalar
Angular Sənədlərinə töhfə vermək üçün, Angular.dev README faylına nəzər yetirin.
- Node Package Manager daxil olan Node.js-i quraşdırın.
Angular CLI-ni qlobal olaraq quraşdırın:
npm install -g @angular/cli
İş sahəsi (workspace) yaradın:
ng new [LAYİHƏ ADI]
Tətbiqi işə salın:
cd [LAYİHƏ ADI]
ng serve
Angular çarpaz platformadır (cross-platform), sürətli, miqyaslana bilən, inanılmaz alətlərə sahibdir və milyonlarla insan tərəfindən sevilir.
Ən son yeniliklər barədə məlumat əldə edin.
Layihənizi yeniləməyin ən yaxşı yolunu tapmaq üçün bizim yenilənmə bələdçimizə nəzər yetirin.
Təqdimat prosesimiz, kodlaşdırma qaydalarımız və daha çoxunu öyrənmək üçün töhfə qaydalarımızı oxuyun.
Bir xəta bildirmək, koda töhfə vermək və ya sənədləşməni yaxşılaşdırmaq istəyirsiniz? Əla! Töhfə vermək üçün qaydalarımızı oxuyun və daha sonra help wanted və ya good first issue kimi etiketlənmiş issue-lardan birini yoxlayın.
Angular-ın açıq və əhatəli olmasına kömək edin. Zəhmət olmasa bizim Davranış Qaydalarımızı oxuyun və əməl edin.
Söhbətə qoşulun və icmaya kömək edin.
- X (əvvəlki Twitter)
- Bluesky
- Discord
- YouTube
- StackOverflow
- Yerli Meetup tapın
Angular-ı sevirsiniz? Repozitoriyamıza ulduz (star) verin ⭐ ⬆️.
